Türkiyədə 4 uşaq atası mübahisə etdiyi həyat yoldaşını və qaynını güllələyib.
Demokrat.az "Habertürk"ə istinadən xəbər verir ki, hadisə Türkiyənin Qars vilayətində baş verib.
Bildirilib ki, hadisə naməlum səbəbdən baş verən mübahisə nəticəsində olub.
Kişi arvadı və qaynı ilə dava etməyə başlayıb, sonra hər ikisini ov tüfəngi ilə güllələyib.
Hadisə yerinə dərhal polis və Təcili Tibbi Yardım qrupları gəlib.
Polisdən verilən açıqlamaya görə, cinayətkar hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


