Ukraynanın hava hücumundan müdafiə qüvvələri iyunun 11-ə keçən gecə İran istehsalı olan 6 pilotsuz təyyarəni məhv edib.
Demokrat.az xəbər verir ki, PUA-lar ölkənin şərqində, "Vostok" hava komandanlığının zonasında vurulub.
Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan İran Moskvaya "Şahed" pilotsuz uçan aparatlarını tədarük edir.//Report


