Dünya Özəl

Rusiyada binaya PUA düşdü: 3 nəfər yaralandı

Rusiyada binaya PUA düşdü: 3 nəfər yaralandı

Rusiyanın Ukrayna ilə sərhədi yaxınlığında PUA binaya çırpılıb.

Demokrat.az xəbər verir ki, qəza nəticəsində 3 nəfər xəsarət alıb.

Pilotsuz uçuş aparatı səhər saatlarında Rusiyanın Ukrayna ilə sərhədi yaxınlığında, Voronej şəhərində yerləşən binanın üzərinə düşüb.

Zərbənin təsirindən binada yanğın başlayıb, hadisə yerinə yanğınsöndürənlər və xilasetmə qrupları göndərilib.

Müdaxilədən sonra yanğının söndürüldüyü və hadisədə 3 nəfər yüngül xəsarət aldığı bildirilib.

Kremlin sözçüsü Dmitri Peskov da hadisə ilə bağlı açıqlamasında Ukraynanı ittiham edib.

"Kiyev rejimi mülki obyektlərə və insanların yaşadığı binalara hücumlarını davam etdirir. Amma biz də döyüşü və xüsusi hərbi əməliyyatı davam etdiririk", - Peskov bildirib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova