II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 5-cü günündə tanınmış yazar, publisist Babək Göyüşün imza saatı keçirilib.
Festival çərçivəsində Bizim.Media-nın masasında yazarın "Yaşıl qurbağanın çəhrayı daşı” adlı hekayələr və publisistik yazılarından ibarət "Ədəbiyyat cəbhəsində sakitlikdir" kitabları sərgilənib.
Babək Göyüşün əsərləri festival iştirakçılarının böyük marağına səbəb olub.
Festivalla bağlı fikirlərini bölüşən yazar bu cür tədbirlərin ədəbiyyatın təbliği üçün mühüm önəmə malik olduğunu bildirib.
Qeyd edək ki, Babək Göyüşün ilk hekayəsi 1988-ci ildə "Ədəbiyyat qəzeti"ndə çap olunub. Daha sonra onun hekayələri "Azərbaycan", "Ulduz" və "Azərbaycan təbiəti" jurnallarında, "Yol" qəzetində və digər mətbu orqanlarda işıq üzü görüb. 
Babək Göyüş 2004-cü ildən 2013-cü ilədək Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
Xatırladaq ki, festivalın 5-ci günü Qırğız ədəbiyyatına həsr olunub. İyunun 5-də start götürən II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı iyunun 11-dək davam edəcək.




