Dünya Özəl

Roma Papasının həkimlərindən Fransiskin səhhəti ilə bağlı AÇIQLAMA

Roma Papasının həkimlərindən Fransiskin səhhəti ilə bağlı AÇIQLAMA

Həkimlər Roma Papası Fransiskin vəziyyətini açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə "Euro News" məlumat yayıb.

Məlumata görə, 86 yaşlı Fransisk İtaliyanın paytaxtı Romada xəstəxanada üç saat davam edən əməliyyat keçirib.

Həkimlər əməliyyatdan sonrakı testlərin müsbət çıxdığını və sağaldıqdan sonra səfərlərinə davam edə biləcəyini bildiriblər.

Vatikan açıqlamasında deyilir ki, Papa Fransiskin səhhəti yaxşıdır:

"Onun şüuru yaxşıdır, nəfəsi normaldır. Bütün günü istirahətlə keçirəcək".

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova