"Ölkədə süni qiymət arıtmı mümkündür və ilk nəticədə bu, inhisarçılığın nəticəsi kimi ortaya çıxır".
Demokrat.az xəbər verir ki, bunu deputat Fazil Mustafa əmək haqlarının artırılması ilə bağlı hökumətin son addımlarını və bazara daha çox pul kütləsinin daxil olmasını Turan-a şərh edərkən bildirib.
Deputat hesab edir ki, bahalaşma dövlətin həyata keçirdiyi sosial tədbirlərin effektivliyini azalda bilər.


