Abşeronda intihar hadisəsi olub.
Demokrat.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Fatmayı qəsəbəsində baş verib. 54 yaşlı Əliyeva İlhamə Asim qızı evin həyətindəki tualetdə özünü asaraq, həyatına son qoyub.
Məlumata əsasən, qadının həyat yoldaşı 1 il əvvəl vəfat edib. Bundan sonra İ. Əliyeva psixi xəstəliyə tutulub. Onun məhzbu səbəblə özünü öldürdüyü deyilir.
Faktla bağlı araşdırma aparılır.


