NATO gələn həftə Almaniya və Şərqi Avropada indiyədək olan ən böyük hava hücumundan müdafiə təlimini keçirəcək.
Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Bildirilib ki, iyunun 12-23-də keçiriləcək "Hava Müdafiəçisi 23 " təlimində 25 ölkədən 200-dən çox təyyarə və 10 min personal iştirak edəcək.
ABŞ-ın Berlindəki səfiri Ami Qutmann təlimlə bağlı açıqlama verib:
"Bu təlim şübhəsiz ki, izləyən hər kəsi heyran edəcək. Həmçinin NATO-dakı müttəfiq qüvvələrimizin çevikliyini və cəldliyini nümayiş etdirəcək".
Aysu Demokrat.az


