Kanadada baş verən yüzlərlə meşə yanğınının tüstüsü ABŞ-ın qonşu şəhərlərində də yayılıb.
Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Məlumata görə, Kanadada baş verən yanğının tüstüsü ABŞ-ın bir çox şəhərlərində havanın çirklənməsinə səbəb olub.
Ölkəyə yayılan tüstü Nyu-Yorku dünyanın ən çirkli havası olan şəhərlər siyahısına salıb.
Şəhərin havası Hindistanın paytaxtı Yeni Dehli qədər çirklənib.
Qeyd edək ki, Nyu-York ştatının bəzi məktəbləri çirkli havaya görə dərsləri dayandırıb.
Aysu Demokrat.az


