Dünya Özəl

MAQATE-nin baş direktoru Ukraynaya səfər edəcək

MAQATE-nin baş direktoru Ukraynaya səfər edəcək

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Kaxovka bəndinin dağılması ilə bağlı gələn həftə Ukraynaya səfər edəcək.

Demokrat.az xəbər verir ki, o bu barədə sosial media hesabında açıqlama yayıb.

Baş direktor Kaxovka bəndinin dağılmasından sonra MAQATE-nin dəstək və yardım missiyasını tamamlamaq üçün növbəti həftə Zaporojya AES-ə səfər edəcəyini açıqlayıb:

"Gücləndirilmiş komandamız ilə növbəti Ukrayna səfərinə rəhbərlik edəcəyəm. Bu, nüvə təhlükəsizliyi üçün çox vacib məqamdır".

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski də xalqa müraciətində Qrossi ilə telefon danışığı apardığını və görüşəcəklərini deyib.

Aysu Demokrat.az

D
demokrat.az