İqtisadiyyat Özəl

“Azərlotereya”nın dövlət büdcəsinə vergi ödəməsi çox yaxşı haldır — İqtisadçı

“Azərlotereya”nın dövlət büdcəsinə vergi ödəməsi çox yaxşı haldır — İqtisadçı

“Azərlotereya”nın dövlət büdcəsinə vergi və yaxud öz sahibkarına divident ödəməsi çox yaxşı haldır.

Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

İqtisadçı bildirib ki, bu, dövlət büdcəsinin gəlirlərinin artmasına gətirib çıxaracaq:

"Dövlət büdcəsində xərclərin üçdə ikisi cari və sosial xərclərə həsr olunub.

Ümumiyyətlə, təkcə "Azərlotereya" yox, bütün digər dövlət və özəl şirkətlərin vergi ödəmələrinin artırması çox yaxşıdır. Yəni, iqtisadi aktivliyin artması fonunda vergi ödəmələrinin artması müsbətdir".

İqtisadçı Azərbaycanda son illər vergi ödəmələrinin artdığını diqqətə çatdırıb:

"Ümumilikdə vergi ödəmələrinin çoxalması hardan baxsaq dövlətin maraqlarına uyğundur. Çünki dövlətin topladığı bu vergilər həm dövlət sektorunda çalışanların əmək haqqına, həm də dövlətin investisiyalarına, maliyyələşməsinə, eyni zamanda sosial ödənişlərin maliyyələşməsinə yönəldilir".

Xatırladaq ki, ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru - “Azərlotereya” ASC 2022-ci il üzrə maliyyə hesabatını təqdim edib.

2022-ci ildə “Azərlotereya” ASC-nin satışdan gəlirləri ötən ilə nisbətən 487 faiz artaraq 258,2 milyon manat təşkil edib. Lotereya iştirakçıları üçün ayrılmış uduş fondunda da xeyli artım müşahidə olunub. Bu göstərici 2021-ci illə müqayisədə 642 faiz artıb.

Bununla yanaşı, şirkətin ümumi mənfəəti 225 faiz artaraq 20,9 milyon manatdan 67,8 milyon manata yüksəlib, xalis mənfəəti isə 442 faiz artaraq 41,1 milyon manata çatıb.

2022-ci il ərzində şirkət 16,8 milyon manat məbləğində investisiya edərək uzunmüddətli aktivlərini 6,7 milyon manatdan 23,5 milyon manata yüksəldib. O cümlədən, “Azərlotereya” ASC-nin 2022-ci ilin sonu cəmi aktivləri 87,7 milyon manat təşkil edib. Şirkətin 2021-ci ilin sonunda cəmi aktivləri 31,9 milyon manat olub.

Nəzrin Demokrat.az

D
demokrat.az