"Son vaxtlar Azərbaycan və Ermənistan liderləri arasında görüşmələr intensiv hala gəlib. Belə ki, həm Brüsseldə, həm Vaşinqtonda, həm Rusiyada, həm də Kişinyovda görüşlər oldu. Bütün bu görüşlərin başlıca məqsədi sülh müqaviləsinin imzalanmasıyla bağlıdır".
Bu fikirləri Demokrat.az-a açıqlamasınsa politoloq Fuad Abbasov bildirib.
Politoloq qeyd edib ki, ümumiyyətlə Moskva sülh müqaviləsinin imzalamasında maraqlı deyil:
"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini istəməyən ölkələr arasında İran da var".
Politoloq qeyd edib ki, görüşmələrin keçdiyi dönəmdə erməni silahlı birləşmələri nəinki ölkəmizi tərk etməyib, əskinə yeni fortifikasiya fəaliyyətləri aparmaqdadırlar:
"Sanki yenidən müharibəyə hazırlıq görürmüş kimi təəssürat yaratmağa çalışırlar. Bütün bunların hamısına Ermənistan hökümətinin, hətta Paşinyanın aldığı qərarlar olsun. Bu, birinci növbədə seperatçı ermənilərin, başda Arayik Harutyanın aparmış olduğu fəailiyyətdir. Onlar birbaşa Moskva və sülhməramlılar tərəfindən idarə olunurlar.
Təssüflər olsun ki, sülhməramlılar üzərlərinə qoyulan vəzifəni tam olaraq yerinə yetirmirlər. Sülhməramlı qüvvələr öz vəzifə borcunu olduğu kimi yerinə yetirsəydilər, oradakı ermənilər nəinki səngər xətləri qazmaq, heç əlinə silah alıb səslərini də çıxarda bilməzdilər".
Nəzrin Demokrat.az


