Hadisə

Şəmkirdə avtomobil aşıb, xəsarət alanlar var

Şəmkirdə avtomobil aşıb, xəsarət alanlar var

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə rayonun Çaparlı kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı 1999-ci il təvəllüdlü Samir Mehdizadə və 1970-ci il təvəllüdlü Reyhan Mehdiyava xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.//APA

D
demokrat.az