Sosial

Vahid Əhmədov növbəti dəfə seçiciləri ilə görüşdü - FOTOLAR

Vahid Əhmədov növbəti dəfə seçiciləri ilə görüşdü - FOTOLAR

Millət vəkili Vahid Əhmədov növbəti dəfə seçiciləri ilə görüşərək onları qəbul edib.

Demokrat.az-ın məlumatına görə, deputat parlamentdəki görülmüş işlərdən danışıb və seçicilərinin ona etdiyi müraciət və suallarında iş prosesində nəzərə alındığını bildirib.

Həmçinin, Milli Məclisdə vətəndaşların müraciət və təkliflərinə diqqətin artdığını seçicilərinin diqqətinə çatdırıb. Quba və qonşu Xaçmaz rayonundan qəbula gəlmiş 64 vətəndaş deputat tərəfindən təkbətək qəbul edilib. Əhalinin kənd təsərrüfatı işləri ilə bağlı artan qayğıları, torpaqların verilməsi zamanı yaranan problemlər, evlərin sənədləşdirilməsindəki əngəllər, işədüzəlmə, məhkəmə qərarlarının ləng icrası və digər məsələlər qəbul zamanı baxılan məsələlər sırasında olub. Seçicilərin dilə gətirdiyi bütün məsələlər köməkçi tərəfindən qeydiyyata alınmış, bəzı məsələlər isə yerindəcə həllini tapıb.

Qəbuldan sonra Quba yol İdarəsinin məsul işçiləri ilə yeni tikilən Quba-Qonaqkənd yoluna baxış keçirilmiş, tamamlama işlərinin yüksək keyfiyyətlə aparıldığını və yaxın vaxtlarda təhvil veriləcəyi barədə deputata məlumat verilib.

Qeyd edək ki, növbəti qəbul avqustaplanlaşdırılıb.

D
demokrat.az