“2018-2023-cü illərdə əmək müqavilələrinin sayında 35 faiz (və ya 450 mindən çox) artım olub”.
Demokrat.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov “2018-2023: sosial islahatlar və əldə olunan nailiyyətlər” mövzusunda konfransda çıxışı zamanı bildirib.
Nazir müavini deyib ki, bu dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 400 min nəfərin işlə təmin olunub.
Onun sözlərinə görə, 62 min nəfər özünüməşğulluq proqramına cəlb olunaraq, onlar üçün kiçik ailə təsərrüfatları yaradılıb.
Aynurə Demokrat.az


