Hadisə Özəl

Yanacaqdoldurma məntəqəsində silahlı dava: Yaralılar var

Yanacaqdoldurma məntəqəsində silahlı dava: Yaralılar var

Türkiyədə yanacaqdoldurma məntəqəsində iki qrup arasında baş verən silahlı davada 5 nəfər yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Məlumata əsasən, hadisə Türkiyənin Uşak vilayətində baş verib.

Belə ki, yanacaqdoldurma məntəqəsində 2 qrup arasında naməlum səbəbdən mübahisə düşüb.

Daha sonra tərəflər silaha əl atıb və hadisə nəticəsində 5 nəfər yaralanıb.

Hadisə yerinə polis və Təcili Tibbi Yardım qrupları gəlib.

Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Aysu Demokrat.az

D
demokrat.az