Gündəm Özəl

"İsrail Prezidentinin səfərinə misilsiz təhlükəsizlik tədbirlərinin görülməsi İran təhdidləri ilə bağlıdır" — AÇIQLAMA

İsrail Prezidentinin səfərinə misilsiz təhlükəsizlik tədbirlərinin görülməsi İran təhdidləri ilə bağlıdır — AÇIQLAMA

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu İsrail Prezidenti İshaq Hersoqun Bakıya dövlət səfəri zamanı misilsiz təhlükəsizlik tədbirlərinin görülməsinə münasibət bildirib.

Ərəstun Oruclu Demokrat.az-a açıqlamasında deyib ki, İsrail dövlətinin təhlükəsizlik tədbirləri hər zaman güclü olub.

Onun sözlərinə görə, İsrail rəsmiləri hər hansı ölkəyə səfərə gedərkən təhlükəsizlik tədbirləri görülür:

İsrail Prezidentinin səfərinə misilsiz təhlükəsizlik tədbirlərinin görülməsi İran təhdidləri ilə bağlıdır — AÇIQLAMA

"Habelə, bu tədbirlər səfər etdikləri ölkənin dövlət qurumları ilə birlikdə əvvəlcədən hazırlanır. Yəni, bütün mümkün təhdidlər, fəsadlar hamısı nəzərdən keçirilir və hamısının qarşısının alınması üçün müvafiq tədbirlər planlaşdırılır. Bu, İsrailin praktikasında var, çünki İsrail dövləti daim müxtəlif təhdidlərlə, terror hücumları və digər qeyri-dost aksiyaları ilə üzləşib.

Təbii ki, bunun İranla bağlı olması da mümkündür. Çünki İranın qonşuluqda olması, İran-Azərbaycan münasibətlərində son dövrlər yaşanan gərginlik, İranın Azərbaycanın ünvanına səsləndirdiyi təhdidlər, Azərbaycanın İrana verdiyi cavablar və s. bunlar hamısı əlbəttə ki, öz rolunu oynayır.

Düşünürəm ki, İsrail dövlətinin təhlükəsizlik xidmətləri bunu nəzərə alıblar. Amma, ümumilikdə bu hər zaman olub. Düzdür, bu miqyasda olmamışdı. Mən də rast gəlməmişdim ki, hansısa İsrail rəsmisinin xarici ölkəyə səfəri bu qədər hərtərəfli təhlükəsizlik tədbirləri ilə müşayiət olunsun.

Görünür ki, Azərbaycan tərəfi də ehtiyatlı davranıb, yəni başqa bir ölkənin rəsmisini öz ölkəsində hansısa bir təhdidə məruz qalmamasın üçün bütün mümkün tədbirləri görüb. Əlbəttə ki, hər hansı bir hadisənin baş verməsi ölkəmiz üçün çox neqativ haldır".

Nəzrin Demokrat.az

D
demokrat.az