Berlin Administrasiyası Rusiyadan ilin sonuna qədər Almaniyadakı 4 baş konsulluğunun bağlanmasını istəyib.
Demokrat.az xəbər verir ki, bu barədə "Euro News" məlumat yayıb.
Bildirilib ki, Rusiyanın ölkədə alman personalını 350 nəfərlə məhdudlaşdırmaq qərarından sonra Berlin rəhbərliyi ölkədəki 4 rus konsulluğunun bağlanmasını istəyib.
Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Burger bildirib ki, məsələnin səbəbkarı Rusiyadır:
“Bizi bu vəziyyətə gətirən Rusiya tərəfinin davranışıdır. Rusiya hökuməti iki ölkə arasında gərginliyi artıracaq addımlar atmağa davam edir".
Aysu Demokrat.az


