Şimali Koreya kosmosa casus peyk göndərmək cəhdinin uğursuz olduğunu açıqlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə Şimali Koreya dövlət televiziyası açıqlama yayıb.
Açıqlamaya görə, peyki daşıyan raket Koreya yarımadasının qərb sahilləri yaxınlığındakı sulara düşüb.
Peykin dənizə düşməsi ilə əlaqədar Cənubi Koreya və Yaponiyaya xəbərdarlıq edilib.
Alimlər əməliyyatın uğursuz olma səbəblərini araşdırmağa davam edir.
Aysu Demokrat.az


