Bakıda anasını qətlə yetirməktə ittiham olunan Ziya Mansurovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokrat.az-ın məlumatına görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Rasim Sadıxovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
Qeyd edək ki, bu ilin fevralın 10-da paytaxtın Xətai rayonu ərazisində 1977-ci il təvəllüdlü Solmaz Mansurovanın intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən aparılmış istintaq tədbirləri nəticəsində hadisənin intihar deyil, qəsdən adam öldürmə olması aşkarlanıb. Belə ki, 2007-ci il təvəllüdlü Ziya Mansurov həmin gün anası Solmaz Mansurovanı yaşadıqları mənzildə qəsdən öldürməsi müəyyən edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, Ziya Mansurov cinayəti törədən zaman məktəbli olub.
Fariz Məlikli Demokrat.az


