ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Çinin iki ölkə arasında danışıqlar aparmaq təklifini rədd etdiyini açıqlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Məlumata əsasən, Çin ABŞ-ın Şanqri-La Dialoqu çərçivəsində iki ölkənin müdafiə nazirləri arasında görüş keçirmək təklifini rədd edib.
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Patrik Rayder məsələ ilə bağlı bildirib ki, Çin Xalq Respublikası ABŞ-a görüşmə təklifini rədd etdikləri barədə məlumat verib:
"Çin bizimlə görüşlərə qarşılıq vermir və görüş təkliflərimizi rədd edir. Çinin hərblərarası danışıqlarda iştirak etmək istəməməsi bizim Çin ordusu ilə ünsiyyət xətləri axtarmaq öhdəliyimizi azaltmayacaq. Biz yenə də danışıqlar aparmağa çalışacağıq".
Aysu Demokrat.az


