“Yaxın 2-3 ayda Azərbaycanla Ermənistan arasında Sülh Sazişi imzalana bilər”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, iki ölkə arasında hələlik Sülh Sazişi istiqamətində müəyyən ortaq mövqe yoxdur:
“Azərbaycan tərəfi bildirib ki, bu istiqamətdə Ermənistanla hələ ortaq mövqeyə gəlməyib. Əlbəttə ki, belə bir şəraitdə Kişinyovdakı görüşdə Sülh Sazişinin imzalanması mümkün deyil və bu, daha çox feyk materialdır. Orada keçirilən görüşdə belə bir sənədin imzalanma ehtimalı demək olar ki, çox aşağı səviyyədədir.
Həmçinin, Rusiya da orada iştirak etmədiyinə görə, onun imzalanması mümkün deyil. Düzdür, Kişinyovda görüş keçiriləcək və Azərbaycan tərəfi də iştirak edəcək. Amma, bu görüşdə hər hansı bir irəliləyişin olacağını düşünmürəm. Bununla bağlı, cənab Prezidentimiz Laçına qayıdanlarla görüşündə də artıq öz mesajını verdi. Əlbəttə istisna deyil ki, rəsmi sülh müqaviləsi olmadığına görə Azərbaycan öz ərazisində anti-terror əməliyyatı apara bilər. Yəqin ki, bu yaxınlarda Azərbaycan anti-terror əməliyyatı aparacaq. Bundan sonra isə iki ölkə arasında Sülh Sazişinin imzalanması baş tuta bilər”.
Nəzrin Demokrat.az


