Siyasət

"İsrailin dövlət başçısının Azərbaycana səfəri tarixi səfərdir" — Prezident

İsrailin dövlət başçısının Azərbaycana səfəri tarixi səfərdir — Prezident

Biz səfərdən (İsrail Prezidentinin səfəri – red.) sonra müsbət dinamikanın şahidi olacağıq.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla geniş tərkibdə görüşdə bildirib.

Dövlət başçısı deyib: “Çünki baxmayaraq biz ayrı-ayrı istiqamətlər - ticarət, enerji, təhlükəsizlik sahələri üzrə artıq çoxlu işlər görmüşük, mən tamamilə əminəm ki, böyük potensial mövcuddur. Lakin çoxlu işlər görülməlidir. Əlbəttə ki, biz sizin Azərbaycana səfərinizi tarixi səfər hesab edirik”.

D
demokrat.az