Rusiya Ukraynanın Donetsk vilayətinin Toretsk şəhərinə hava zərbəsi endirib.
Demokrat.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidməti açıqlama yayıb.
Bildirilib ki, Rusiya Toretskə hava hücumu həyata keçirib:
"Düşmən Toretskdə yanacaqdoldurma məntəqəsinə bomba atıb. Hücum nəticəsində 2 nəfər ölüb, 8 nəfər isə yaralanıb.
Əraziyə dərhal xilasetmə qrupları göndərilib. Xilasetmə əməliyyatları nəticəsində daha 3 yaralı dağıntılar altından çıxarılıb. Axtarış-xilasetmə işləri davam etdirilir".
Aysu Demokrat.az


