İsveç xarici işlər naziri Tobias Billström Türkiyədən olan həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək.
Demokrat.az xəbər verir ki, bu barədə T.Billstrom mətbuat üçün keçirilən birifinqdə məlumat verib.
İsveçli nazir bildirib ki, Mövlud Çavuşoğlu ilə görüş Osloda keçiriləcək NATO Xarici İşlər Nazirlərinin toplantısı çərçivəsində baş tutacaq.
Tobias Billström deyib ki, görüş zamanı tərəflər İsveçin NATO üzvlüyü məsələsini də müzakirə edəcək.
Aysu Demokrat.az


