Sosial

Bakıda 3 marşrut xəttinin istiqaməti DƏYİŞDİRİLDİ

Bakıda 3 marşrut xəttinin istiqaməti DƏYİŞDİRİLDİ

Biləcəri qəsəbəsi Ə.Qasımov küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Bakı Nəqliyyat Agentliyindən Demokrat.az-a verilən xəbərə görə, tətbiq edilən məhdudiyyət səbəbindən 83, 91 və 92 nömrəli müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Məhdudiyyət aradan qaldırıldıqdan sonra marşrutun əvvəlki sxem üzrə fəaliyyəti təmin ediləcək.

D
demokrat.az