Gündəm Özəl

Londonda Ərdoğanın qələbəsi qeyd edildi — FOTO

Londonda Ərdoğanın qələbəsi qeyd edildi — FOTO

İngiltərənin paytaxtı Londonda yaşayan türklər Prezident Rəcəb Tayyib Ərdoğanın qələbəsini qeyd ediblər.

Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.

Məlumata əsasən, seçkilər bitdikdən sonra az sonra Londonda yaşayan türklər küçələrə axışıb.

Vətəndaşlar avtomobilləri ilə küçələrdə siqnal verərək, Ərdoğanın qələbəsini sevincini yaşayıblar.

Avtomobil karvanlarının keçidi zamanı atəşfəşanlıq da edilib.

Şənlikdə 200-ə yaxın insan iştirak edib.

Xatırladaq ki, ötən gün Türkiyədə keçirilmiş prezident seçkilərinin ikinci turunda seçki qutularının 99,9 faizi açılıb və nəticələrə görə, Rəcəb Tayyib Ərdoğan 52,16 faiz səs toplayaraq qələbə qazanıb.

Londonda Ərdoğanın qələbəsi qeyd edildi — FOTO

Aysu Demokrat.az

D
demokrat.az