Gündəm Özəl

Azərbaycanda 1 milyona yaxın vətəndaş seçici kimi qeydiyyata alınmayıb — MSK ilə Statistika Komitəsinin rəqəmləri niyə uyğun gəlmir?

Azərbaycanda 1 milyona yaxın vətəndaş seçici kimi qeydiyyata alınmayıb — MSK ilə Statistika Komitəsinin rəqəmləri niyə uyğun gəlmir?

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda səsvermə hüququ olan 6 milyon 334 min 178 şəxsin olduğunu açıqlayıb. MSK-nın açıqladığı seçici sayı ilə Dövlət Statistika Komitəsinin (DSK) əhalinin sayı ilə bağlı açıqladığı məlumat arasında böyük fərq var.

Bildiyimiz kimi, Azərbaycanda 18 yaşından yuxarı vətəndaşlar seçici sayılır. DSK-nın açıqladığı əhalinin yaş qrupları üzrə məlumatlarda 0-18 yaş aralığındakı insanların yox, 0-19 yaş aralığındakı insanların sayı göstərilir. Lakin, buna baxmayaraq 19 yaşdan yuxarı əhalinin sayı da seçicilərin sayından çoxdur.

Açıqlanan məlumatlardan belə görünür ki, təxminən 1 milyon Azərbaycan vətəndaşı seçici kimi qeydiyyata alınmayıb. Hətta əvvəlki illərdə seçici kimi qeydə alınmayan vətəndaşların sayı təxminən 2 milyon olub.

Azərbaycanda 1 milyona yaxın vətəndaş seçici kimi qeydiyyata alınmayıb — MSK ilə Statistika Komitəsinin rəqəmləri niyə uyğun gəlmir?

Məsələ ilə bağlı Milli Məclisin deputatı Azər Badamov Demokrat.az-a açıqlamasında bildirib ki, seçki hüququ olan hər bir vətəndaş üçün seçkilərdə öz hüququnu ifadə etməyinə imkan yardılır.

Deputatın sözlərinə görə, hətta qeydiyata alınmayan və seçki siyahısında adı olmayan vətəndaşlar da seçki günü şəxsiyyət vəsiqəsi ilə qeydiyyatda olan ərazidəki seçki məntəqəsinə yaxınlaşıb səs verə bilir:

"Hesab edirəm ki, burada narahat doğuracaq bir məsələ yoxdur. Amma MSK-nın açıqlamasında hər hansı bir uyğunsuzluq varsa, bu barədə onlardan soruşulmalı olduğunu hesab edirəm".

Nəzrin Demokrat.az

D
demokrat.az