Gündəm

“Ərdoğan qalib gəldi, söz verdiyim kimi Cəlilabadda qurbanlarımı kəsəcəyəm” — Elman Nəsirov

“Ərdoğan qalib gəldi, söz verdiyim kimi Cəlilabadda qurbanlarımı kəsəcəyəm” — Elman Nəsirov

“Türkiyənin prezident seçkilərində planetimizin söz sahibi olan Ərdoğanın qalib gəlməsi üçün qurban boyun olmuşdum. Tarixi zəfərimizlə bağlı qurban kəsilməyin vaxtıdır”.

Bunu Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Onun sözlərinə görə yaxın günlərdə Cəlilabada gedərək, Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsi münasibətilə əhd etdiyi qurbanı kəsəcək:

“İstəyirəm ki, rayona gedib, seçicilərimin olduğu yerdə qurbanlarımı kəsim və ehtiyacı olan insanlara paylayım. Hələki şəhərdəyəm. Yaxın günlərdə Cəlilabada gedib, söz verdiyim kimi qurbanlarımı kəsəcəm”, - deyə millət vəkili əlavə edib.

Xatırladaq ki, Türkiyədə keçirilən prezident seçkilərinin birinci turu zamanı millət vəkili Elman Nəsirov Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi üçün qurban demişdi.

D
demokrat.az