Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsi, “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair qrant müsabiqəsi və 2023-cü il kiçik qrant müsabiqəsinin nəticələrini elan edir.
Müsabiqə nəticələri ilə aşağıda qeyd olunan link vasitəsilə tanış ola bilərsiniz.
https://ngoagency.gov.az/az/page/fealiyyet/qrant-musabiqeler
Müsabiqələrin nəticələri ilə bağlı rəy, təklif və iradlarınızı 1 iyun 2023-cü il saat 18:00-a kimi office@ngoagency.gov.az e-mail ünvanına göndərə bilərsiniz.
Qalibləri təbrik edirik.


