Sosial Özəl

Dövlət Komitəsi saytında məlumatın rus dilində olmasına aydınlıq gətirdi

Dövlət Komitəsi saytında məlumatın rus dilində olmasına aydınlıq gətirdi

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 18 sentyabr tarixli 217 nömrəli Qərarına əsasən respublika ərazisində qüvvəyə minmiş və milli normativ sənədlərlə əvəz edilməsi başa çatdırılmamış dövlətlərarası və ya qüvvədə saxlanılmış tikinti normativ sənədlərinə (həmin sənədlərin yeni milli normativ sənədlərlə əvəz edilənədək) tərcümə edilmədən istinad edilməsinə yol verilir və bu sənədlər Komitənin rəsmi internet səhifələrində yerləşdirilir".

Bunu Demokrat.az-aDövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini - sektor müdiri Ramiz İdrisoğlu bildirib.

Daha sonra o deyib: "Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin internet səhifəsinin əlaqə bölməsində yerləşdirilmiş məlumata gəlincə isə "Google Maps" tətbiqi buradakı xəritəyə inteqrasiya edilmişdir. Bu tətbiqi “Google” şirkətinin hazırladığına və idarəedilməsinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərinə aid olmadığına görə Komitə tərəfindən məlumatlara müdaxilə edilməsi mümkün deyil".

Dövlət Komitəsi saytında məlumatın rus dilində olmasına aydınlıq gətirdi

Elmar Heydərli Demokrat.az

D
demokrat.az