Region Özəl

Türkiyə Hollandiyaya qarşı tələb irəli sürdü

Türkiyə Hollandiyaya qarşı tələb irəli sürdü

Türkiyə Hollandiyada tapılan 5 yaşlı zəlzələ qurbanı ilə bağlı araşdırmalara başlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Məlumata əsasən, Hollandiyanın Maastrixt şəhərində polis bazar ertəsi 5 yaşlı türk uşağı tək tapıb.

Uşaq polislərə zəlzələdən zərər çəkdiyini və tək yaşadığını bildirib.

Şəhər polisindən verilən açıqlamada azyaşlının tək olduğu və sadəcə türk dilində danışa bildiyi vurğulanıb.

Türkiyə Mülki Koordinasiya Qrupu hadisə ilə əlaqədar insan alverindən narahat olduqlarını bildirib.

Məsələ ilə bağlı araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

D
demokrat.az