Dünya Özəl

İngiltərəyə gedən əcnəbi tələbələr ailələrini gətirə bilməyəcəklər

İngiltərəyə gedən əcnəbi tələbələr ailələrini gətirə bilməyəcəklər

Böyük Britaniya hökumətinin tətbiq etdiyi immiqrasiya məhdudiyyətinə əsasən, magistratura təhsili üçün gələn əcnəbi tələbələr artıq özləri ilə ailə üzvlərini gətirə bilməyəcəklər.

Demokrat.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Bildirilib ki, buna səbəb İngiltərənin immiqrasiya rekordu qırması olub.

Belə ki, bu il ölkə ərazisində qanuni immiqrasiya 700 minə çatıb.

Qeyd edək ki, keçən il əcnəbi tələbələrin himayəsində olan 135 min 788 adama viza verilib. Bu rəqəm 2019-cu ilin göstəricisindən təxminən 9 dəfə çoxdur.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova