Sosial

Sabiq deputata məxsus liseyin adı dəyişdirilir

Sabiq deputata məxsus liseyin adı dəyişdirilir

Müasir İnnovasiyalar Liseyi Ümumtəhsil Məktəbi (VÖEN – 1403129661) adını və təşkilati-hüquqi formasını dəyişərək "MİL" Tam Orta Ümumtəhsil Məktəbi MMC-yə çevrildiyini elan edib.

Demokrat.az xəbər verir ki, Müasir İnnovasiyalar Liseyi Ümumtəhsil Məktəbi 29.05.2015-ci ildə dövlət qeydiyyatına alınıb.

Nizamnamı kapitalı 1000 manat olan məktəbin qanuni təmsilçisi Həsənov Füzuli Abbas oğludur.

Məlumat üçün bildirək ki, Həsənov Füzuli Abbas oğlu eyni zamanda Odlar Yurdu Universitetinin rektoru, sabiq millət vəkili Əhməd Vəliyevin köməkçisidir.

Müasir İnnovasiyalar Liseyi Ümumtəhsil Məktəbinin də Əhməd Vəliyevə məxsus olduğu bildirilir. Əhməd Vəliyevə məxsus olan təhsil ocaqlarına Odlar Yurdu Universiteti, Odlar Yurdu Kolleci, “BSB” Tam Orta İnnovasiyalar Məktəbi və Müasir İnnovasiyalar Liseyinin daxil olduğu deyilir.

Qeyd edək ki, Əhməd Vəliyev 2005-2015-ci illər ərzində millət vəkili olub. Fizika-riyaziyyat elmləri doktorudur. 1990-97-ci illərdə Bakı Sənaye-Pedaqoji texnikumunun direktoru vəzifəsində çalışıb. 1995-ci ildə direktoru olduğu texnikumun bazasında Odlar Yurdu Universitetini yaradıb. (Yeniavaz.com )

D
demokrat.az