Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçiləri peşə bayramını qeyd edir.
Demokrat.az xatırladır ki, Ümummilli lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 may 2007-ci il tarixdə imzaladığı Sərəncama uyğun olaraq hər il may ayının 23-ü ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.
Demokrat.az kollektivi olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarını təbrik edirik!
Həsən Demokrat.az


