Hadisə

İlham Əliyev "Antakalnis" abidəsini ziyarət etdi

İlham Əliyev Antakalnis abidəsini ziyarət etdi

Litvada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litvanın müstəqilliyi uğrunda həlak olanların xatirəsinə ucaldılmış "Antakalnis" abidəsini ziyarət edib.

APA-nın Vilnüsə ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, dövlət başçısı abidənin önünə əklil qoyub.

Qeyd edək ki, 1991-ci il yanvarın 13-də Sovet qoşunları Vilnüsə daxil olub, Vilnüs teleqülləsini, radio-televiziya komitəsinin binasını ələ keçirib. Teleqülləyə hücum nəticəsində 14 nəfər ölüb, 700 nəfər yaralanıb.

D
demokrat.az