Türkiyədə prezidentliyə namizəd Sinan Oğan kimə dəstək verəcəklərini bu gün açıqlayacaq.
Demokrat.az xəbər verir ki, o, bu barədə öz "Tvitter" səhifəsində paylaşım edib.
Prezident seçkilərinin ilk turunda 5 faizdən çox səs toplayan ATA Alyansının prezidentliyə namizədi Sinan Oğan ikinci turda verəcəyi dəstəyin əhəmiyyətli olduğunu vurğulayıb.
O bildirib ki, Türk millətinin gələcəyi, ölkənin birliyi və bütövlüyü, sabitliyi bundan sonra mümkün olacaq.
Prezident namizədi seçkilərinin ikinci turu ilə bağlı mövqeyini bu gün yerli vaxtla saat 18.00-da keçiriləcək mətbuat konfransında açıqlayacaq.
Aysu Demokrat.az


