Hadisə

Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürüb

Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürüb

Kürdəmirin Muğanlı kəndindən piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, “Reno” markalı avtomobil yolu keçən rayon sakinini vurub.

Ağır xəsarət alan piyada elə hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Fakt araşdırılır.

NE
Nihadə Eyyubova