Sakit okeanda 7,7 bal gücündə zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Məlumata əsasən, Sakit okeanın cənubunda yerli vaxtla saat 06:57 də 7,7 bal gücündə zəlzələ baş verib.
Avstraliya Meteorologiya Bürosu şərq sahillərinin təhlükə altında olduğunu açıqlayıb.
Zəlzələ yaşayış məntəqələrindən 1000 kilometr aralıda baş verdiyindən tələfat və dağıntı olmayıb.
Zəlzələdən sonra bölgədə sunami xəbərdarlığı edilib.
Aysu Demokrat.az


