Türkiyədən Niderlanddakı bir şirkətə göndərilən konteynerdə 1,124 kilo kokain aşkar edilib.
Demokrat.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Bildirilib ki, Rotterdam limanında aparılan yoxlanışlar zamanı Türkiyədən göndərilən konteyner diqqət çəkib.
Axtarış zamanı avtomobil təkərlərinin arasında gizlədilmiş 23 bağlama və 19 idman çantasının içərisindən 1,124 kiloqram kokain aşkar edilib.
Qeyd edək ki, limanda ələ keçirilən kokainin bazar dəyəri təxminən 84,5 milyon avro təşkil edir.
Aysu Demokrat.az


