Region Özəl

Rusiya məhkəməsi Kırım tatarına “terrorçu” ittihamı ilə 17 il iş kəsdi

Rusiya məhkəməsi Kırım tatarına “terrorçu” ittihamı ilə 17 il iş kəsdi

Rusiyanın Rostov-na-Donu şəhər hərbi məhkəməsi Krım tatarlarının nümayəndəsi olan siyasi məhbus Aleksandr Sizikov barəsində 17 il müddətinə azadlıqdan məhrum etmə qərarı çıxarıb.

Demokrat.az xəbər verir ki, “Lenta.ru” saytı məlumat yayıb.

Məhkəmə Krım tatarlarına təzyiqləri artırmaq məqsədilə Aleksandr Sizikovun barəsində qondarma “Rusiyada qadağan olunmuş beynəlxalq terror təşkilatı İslam Azadlıq Partiyasının ocağını yaratmaq” ittihamı irəli sürüb.

Sözügedən ittihamla Aleksandr Sizikov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin, ona qarşı Cinayət Məcəlləsinin 205.5-ci maddəsinin 1-ci (“Terror təşkilatının fəaliyyətini təşkil etmə”) və 30-cu maddəsinin 1-ci hissəsi, 278-ci (“Hakimiyyəti zorakılıqla ələ keçirməyə hazırlıq”) kimi qondarma ittihamlar irəli sürülərək, təqsirli bilinib.

Rusiya hakimiyyəti iddia edir ki, Aleksandr Sizikov 2015-ci ildə Krımda terror təşkilatının ocağını yaradıb və orada Sufyanov və Xayredinovu qəbul edib.

Rusiya məhkəməsinin ittihamlarına görə, Aleksandr Sizikov Krımda təşkilatın məqsəd və vəzifələrini müəyyənləşdirib, üzvlərin yığıncaqlarını keçirib, əhali arasında təbliğat işləri aparıb.

Rusiya məhkəməsi Kırım tatarlarından olan Alim Sufyanov ve Seyran Hayredinov barəsində də 12 il müddətinə həbs qərarı çıxarıb. Sözügedən şəxslər də Aleksandr Sizikovla əlbir fəaliyyətdə təqdirli bilinirlər.

Həsən Demokrat.az

D
demokrat.az