Sosial Özəl

Ekspert: “Dəmiryoluna yaxın məsafədə binaların tikilməsinə icazə verilməməlidir”

Ekspert: “Dəmiryoluna yaxın məsafədə binaların tikilməsinə icazə verilməməlidir”

“Dəmir yolunun öz neytral məsafəsi var. Belə ərazilərdə binalar dəmiryolundan təqribən 25-30 metr və ya daha uzaq məsafədə tikilməlidir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Olympus Park” şirkəti və “Elit Park Kompleksi” tərəfindən Bakıda dəmiryolu relslərinin üzərində hündürmərtəbəli binaların inşa edilməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ümumiyyətlə, binalar tikilərkən bəzi qadağanlara riayət edilməlidir.

Ekspert bildirib ki, neft boruları, yüksək gərginlikli elektrik xəttləri, dəmir yolu xəttləri və digər qırmızı zolaq hesab olunan ərazilərdə binalar tikilərkən neytral məsafə qorunmalıdır:

“Əlbəttə ki, dəmir yolunun öz neytral məsafəsi var, binalar təqribən 25-30 metr və ya daha çox uzaq məsafədə tikilməlidir. Çünki dəmir yolundan istifadə orada yaşayan insanlar üçün təhlükəlidir.

Qatar yolunun ətrafındakı binalara, yaşayış massivlərinə baxsaq görərik ki, hər biri çat-çatdır. Çünki hər dəfə qatar keçəndə binalarda titrəyiş baş verir. Bu da evləri həm qəzalı vəziyyətə gətirib çıxarır, həm də yaşayış üçün təhlükəlidir”.

Ekspert: “Dəmiryoluna yaxın məsafədə binaların tikilməsinə icazə verilməməlidir”

Ekspert bildirib ki, hər bir halda bu binalar insan həyatı üçün təhlükəlidir.

“Belə halda, hər hansı qəza baş verə bilər, qatarın qarşısına insan, uşaq çıxa bilər. Bilirik ki, qatarlarda neft məhsulları aparırlar, əgər orada hər hansı partlayış baş verərsə, ərazi darmadağın olar. Dəmiryoluna ən yaxın məsafədə binaların tikilməsi təbii ki, qadağandır və buna icazə verilməməlidir.

Düzdür, ola bilər dəmir yolu xətti var və o dəmir yolu xəttindən istfadə olunmur. Dəmir yolu xəttləri təkcə yük qatarlarının gediş-gəlişi üçün deyil, bəzən müəyyən müəssələr olur ki, onlara üçün də dəmiryolu xətti çəkilir. Ora hər hansı ağır materiallar dəmir yolu ilə aparılır. Belə hallarda da dəmiryolu kənarında nəyinsə inşa olunması yol verilməzdir.

Çoxmənzilli yaşayış binası tikiləndə aidiyyəti üzrə bütün qurumlardan sənədlər toplanılır. Şəhərsalma, İcra Hakimiyyəti, FHN-i və s. onlarda burada tikintiyə icazə verəndə, bütün qırmızı zolaqlar nəzərə aldıqdan sonra icazə verirlər. Böyük ehtimalla həmin dəmiryolu xətti istfadə olunmur. Əgər istfadə olunursa belə, o, tikintinin orada aparılması qanunvericiliyə ziddir”.

Şəhanə Demokrat.az

D
demokrat.az