Aqrar-sənaye kompleksi

Nazir: "İdarəolunan suvarma sistemlərindən istifadə azdır"

Nazir: İdarəolunan suvarma sistemlərindən istifadə azdır

Azərbaycanda bu gün təxminən 5 faiz idarəolunan suvarma sistemlərindən istifadə olunur.

Demokrat.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Aqrar İnnovasiyalar Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, bu rəqəm kifayət qədər azdır:

"Bizim ana hədəflərimizdən biri bunun miqyasını genişləndirməkdir. Həmçinin qlobal istiləşmənin də kənd təsərrüfatına mənfi təsirləri var. Bu haxımdan suyun düzgün formada idarə edilməsi olduqca əhəmiyyətlidir". (apa)

D
demokrat.az