Xarici siyasət

Bayden bütün səfərlərini ləğv etdi — SƏBƏB

Bayden bütün səfərlərini ləğv etdi — SƏBƏB

Amerika lideri Co Bayden bu həftə Yaponiyada keçiriləcək G7 sammitindən dərhal sonra ABŞ-a qayıdacaq.

Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, o, dövlət borcu ilə bağlı həll edilməmiş problem və mümkün defolt səbəbindən planlaşdırılan bütün xarici səfərlərini ləğv edib.

Məlumata görə, Bayden Avstraliya və Papua-Yeni Qvineyaya səfər etmək niyyətində idi.

Qeyd olunub ki, Amerika lideri ilkin olaraq Xirosimadan Papua-Yeni Qvineyaya getməyi və mayın 22-də ölkənin Baş naziri Ceyms Marape, eləcə də Sakit Okean Adaları Forumuna üzv dövlətlərin rəhbərləri ilə görüşməyi planlaşdırırdı. Bayden Papua-Yeni Qvineyaya səfər edən ilk Amerika prezidenti olmalı idi.

Mayın 24-də isə o, Sidneydə Dördtərəfli Təhlükəsizlik Dialoqunun (Avstraliya, Hindistan, ABŞ, Yaponiya) liderləri ilə görüşməli idi. (konkret.az)

D
demokrat.az