Dünya Özəl

Ukrayna və Rusiya Afrika liderlərindən ibarət nümayəndə heyətini qəbul edəcək

Ukrayna və Rusiya Afrika liderlərindən ibarət nümayəndə heyətini qəbul edəcək

Cənubi Afrikanın sülh planının bir hissəsi olaraq Rusiya və Ukrayna Afrika liderlərindən ibarət nümayəndə heyətini qəbul etməyə razılaşıblar.

Demokrat.az xəbər verir ki, bu barədə "EuroNews" məlumat yayıb.

Bildirilib ki, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa Rusiya və Ukraynanın sülh planı üçün razılığa gəldiklərini açıqlayıb.

O bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski bir qrup Afrika lideri ilə görüşəcək:

"Onlar həm Afrika liderlərini qəbul etməyə, həm də sülh məsələsi ilə bağlı müzakirələr aparmağa hazırdırlar".

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova