Region Özəl

Ərdoğan şəhid yaxınlarına başsağlığı verdi

Ərdoğan şəhid yaxınlarına başsağlığı verdi

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bugünkü qarşıdurmalarda vəfat edən 3 şəhidin yaxınlarına başsağlığı verib.

Demokrat.az xəbər verir ki, o, bu barədə "Tvitter" hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Şırnakın Dərələr Bölgəsində separatçı terror təşkilatı PKK-ya qarşı həyata keçirilən əməliyyat zamanı şəhid olan 3 qəhrəman əsgərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm.

Qəhrəmanlarımızın ailələrinə səbr diləyirəm. Separatçı terror təşkilatı PKK ilə olan mübarizəmizi qətiyyətlə davam etdirəcəyik, son terrorçu da məhv edilənə qədər dayanmayacağıq".

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova