Gündəm Özəl

“Tvitter”dən Türkiyədəki seçkilərlə bağlı QƏRAR

“Tvitter”dən Türkiyədəki seçkilərlə bağlı QƏRAR

“Tvitter” Türkiyənin məhkəmə qərarlarına uyğun olaraq bu ölkədəki bir sıra heşteqlərdən istifadəni və bir neçə hesabı bloklayıb.

Demokrat.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Məlumata əsasən, sosial media platforması olan "Tvitter" seçkilər zamanı 4 hesaba və 409 tvit heşteqinə girişi blokladığını açıqlayıb.

“Tvitter”in Qlobal Hökumətlə Əlaqələr Mərkəzinin yaydığı açıqlamaya görə, bu addım Türkiyənin məhkəmə qərarlarına uyğun olaraq atılıb.

Bildirilib ki, Türkiyədə seçkilər bitdikdən sonra bütün bloklanan hesab və heşteqlər aktivləşəcək.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova