Türkiyədə ATA ittifaqından prezidentliyə namizəd olan Sinan Oğan ötən gün baş tutan seçkilərin nəticələri ilə bağlı açıqlama verib.
Demokrat.az xəbər verir ki, bu barədə "EuroNews" məlumat yayıb.
Məlumata görə, Sinan Oğan ikinci turda nəticələrinin daha uğurlu olacağın bildirib:
"Seçkilər ikinci tura qaldı, millət və ölkə üçün əlimdən gələni edəcəm. Terrorla, xüsusilə FETÖ, PKK və Hizbullahla mübarizə prioritetlərimizdəndir. Qaçqınları ölkədən göndərmək, iqtisadi böhran, inflyasiya və s. məsələlərdən sizi xilas edəcəyik. Seçkinin ikinci tura qalması millətimiz üçün daha uğurlu olacaq".
Aysu Demokrat.az


