Gündəm Özəl

Əminə Ərdoğan: "Yeni Türkiyəmizi çiyin-çiyinə quracağıq"

Əminə Ərdoğan: Yeni Türkiyəmizi çiyin-çiyinə quracağıq

"Seçkilərin əsas nəticəsi olaraq Türkiyə qalib gəldi, qazanan xalqımız və dövlətimiz oldu".

Demokrat.az xəbər verir ki, bu sözləri Türkiyənin Birinci xanımı Əminə Ərdoğan özünün "Twitter" hesabında qeyd edib.

Paylaşımda deyilir:

"Övladlarımızın gələcəyi üçün seçki məntəqələrinə gedən millətimizin qərarı nəticəsində Türkiyə qalib gəldi.

Bir olduq, birləşdik, böyük və qüdrətli bir Türkiyə üçün çox çalışdıq. Biz nailiyyətlərimizə yenilərini əlavə etməklə yeni Türkiyəmizi çiyin-çiyinə quracağıq.

Güvən, sabitlik, xidmət yolunda qəlbini qoyan sevimli xalqımıza ürəkdən təşəkkürümüzü bildiririk. Bu, qürur və uğur bütün xalqımızındır.

Arzuların gerçəkləşməsi və hər sahədə lider ölkə olmaq üçün dayanmaq yoxdur, yola davam!"

Aysu Demokrat.az

D
demokrat.az