Gündəm

"Onlar Bakı və İrəvan arasında nizamlanma üçün mübahisəsiz əsasdır"

Onlar Bakı və İrəvan arasında nizamlanma üçün mübahisəsiz əsasdır

“Moskva hesab edir ki, üçtərəfli sazişlər Bakı ilə İrəvan arasında nizamlanma üçün mübahisəsiz əsas olaraq qalır”.

Yeniavaz.comTASS-a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Əlbəttə, müəyyən həssas məqamlar var. Bilirsiniz, Rusiya iki il əvvəl imzalanmış həmin üçtərəfli sənədlərə tam riayət edir. Biz ondan çıxış edirik ki, onlar hələ də nizamlanma üçün mübahisəsiz əsasdır. Həm də razılığa gəlmək üçün. Biz üçlük üçün əldə olunmuş razılaşmaları yerinə yetirmək yolu ilə getməliyik”, - Kremlin sözçüsü jurnalist Pavel Zarubinin Rusiya və Ermənistan arasında qarşılıqlı fəaliyyətlə bağlı suallarını cavablandırarkən vurğulayıb.

NE
Nihadə Eyyubova